Vikipediya Heftenin Secilmis Meqalesi Aprel 2018 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
Böyük təmizləmə (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) — 1936-cı ildən, 1938-ci ilə qədər davam edən siyasi respessiyalar kampaniyasıdır. Səbəbi Kommunist partiyasının, hökümət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Qarabağ xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Eri — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır. İrokez Konfedrasiyasının 6 xalqı (Seneka xalqı da daxil) indiki Eri ərazisində məskunlaşmışdılar. Avropalılar bura ilk dəfə 1753-cü ildə fransızların Yeni Fransanı Böyük Britaniya işğalından qurtarmaq üçün Presk Ayl qəsrini tikdikləri dövrdə çatdılar. Hazırda bu qəsr ərazisinin yaxınlığında Presk Ayl Ştat Parkı yerləşir. "Preske-isle" fransız sözü olub, "yarımada" deməkdir (hərfi tərcümədə "az qala ada"). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Eldənizlər yaxud Azərbaycan Atabəyləri — Sülalənin əsasının qoyulması Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslan şahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq elə keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.
Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslan şahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı. Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü. |
bax – müzakirə et – redaktə et – tarixçə