Vikipediya Heftenin Secilmis Meqalesi Avqust 2016 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Zlatan İbrahimoviç — İsveç futbolçusu. İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində çıxış edir.
İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999-2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001-2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Sikstin kapellasının tavanı — 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir.
1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur. Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng "Böyük məhkəmə" freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir. Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin "Mona Liza" əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən "Adəmin yaradılışı" təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Angel Beats! — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri onu Axirət Dünyası Cəbhəsi adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılıq etdiyi bu təşkilatın əsas məqsədi məktəb şurasının prezidenti və fövqəltəbii güclərə malik Mələyə qarşı döyüşməkdir.
Key şirkəti ASCII Media Works nəşriyyatının "Dengeki G's Magazine" jurnalı ilə əməkdaşlıq edərək layihəni mediafranşizə çevirmişdir. "Dengeki G's Magazine" və "Dengeki G's Comic" jurnallarında 3 manqa adaptasiyası nəşr olunmuşdur: ikisi Haruka Komovatanın, biri Yuriko Asaminin rəssamlığı ilə. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Müqəddəs İsaak kafedralı — Sankt-Peterburq şəhərinin ən böyük pravoslav kilsəsidir. Bina İsaakiyev meydanının tam mərkəzində yerləşir. Kafedral muzey statusuna malikdir. Bununla belə, 1991-ci ilin iyununda qeydiyyata alınmış kilsə icması burada ibadət etmək imkanını əldə etmişdir. Hazırda dini mərasimlər İsaak kafedralında çərşənbə günü istisna olmaqla həftənin bütün digər günləri keçirilir. Kafedral imperator I Pyotr tərəfindən hər zaman əziz tutulan rahib Dalmasiyalı İsaakın şərəfinə müqəddəsləşdirilmişdir, çünki imperatorun özü bu müqəddəs ilə təcəssüm etdirilən tarixdə, yəni yulian təqviminə uyğun olaraq 30 may tarixində anadan olmuşdur. Müqəddəs İsaak kafedralı "dövlət muzey abidəsi" olaraq böyük muzey kompleksinə daxildir.
Kafedral 1818-1858-ci illərdə məşhur fransız memarı Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdir; tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edirdi, o dövrün məşhur alman mühəndisi və xəritəçisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edirdi. 30 may (yeni tarixlə 11 iyun) 1858-ci ildə yeni kafedral kilsəsinin təntənəli təqdisetmə mərasimini Novqorod, Sankt-Peterburq, Estlandiya və Finlandiya mitropoliti Qriqori Postnikov həyata keçirmişdir. Monferranın bu yaradıcılığı, Sankt-Pterburqda Dalmasiyalı İsaakın şərəfinə tikilmiş sayca dördüncü məbəd hesab edilir. Kafedralın ümumi hündürlüyü 101,5 metr, daxili sahəsi isə 4000 m²-dən artıqdır |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir.
Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən görkəmli nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508-1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515-1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. |
bax – müzakirə et – redaktə et – tarixçə