Vikipediya Heftenin Secilmis Meqalesi Avqust 2023 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Spec Ops: The Line — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Nyu-York — qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir.
Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir.Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı.
XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
Ləman Əlimuradova — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Ləman Əlimuradova həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Şeytan — İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə