Vikipediya Heftenin Secilmis Meqalesi Dekabr 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Şirvanşahlar dövləti — Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş dövlət. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.
Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur. Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar - Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə - Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış və türk mədəniyyətinin təsiri altında olmuşdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
[[Fayl:|left|150px]] Yaşayan ölünün gecəsi (film, 1968) — Corc A. Romero tərəfindən idarə olunan 1968-cı ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.
Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyaya girdikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etdi. 2008-ci ildə isə filmin hasilatı $ 689 716 923 milyona çatmışdır. Film 1968-ci ildə ilk dəfə nümayişimə girdiyində, şiddət səhnələrinin açıqlığı səbəbiylə tənqid olundu. Ancaq ABŞ Konqres Kitabxanası filmi 1999-cu ildə "mədəni, tarixi ya da estetik baxımdan əhəmiyyətli" olduğu səbəbiylə "Milli Film Arxivi"nə daxil etdi. Film ilk dəfə 2005-ci ildə bütünlüklə rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə $256,147,434 milyon dollara çatmışdır. "Vyetnam müharibəsi" dövründə nümayişə girən "Yaşayan ölünün gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi." İlk zombi filmi olmasa da, "Yaşayan ölünün gecəsi" filmi zombi fəlakəti alt növünün ilk nümunəsi idi. Film Romeronun idarə etdiyi altı filmlik "Yaşayan ölülər" ardıcıllığının ilk filmi idi. Filmin ilk təkrar çəkilişinini Tom Tezisi 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölünün gecəsi 3D" filmi adı altında baş vermişdir. Filmin bir çox remeyki mövcuddur.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Aspaziya — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli bir qadındır. Həyatı haqqında çox az məlumat vardır. Böyüklük dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə ve Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.
Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli əksiltməyə çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikl ile evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş ve Arqinus döyüşündən sonra edam edilmiştir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ile birlikdə olduğu irəli sürülmüşdür. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Atropatena — tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Midiya dövlətinin süqutundan sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir. Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır. Bu sözü antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə