Vikipediya Heftenin Secilmis Meqalesi Dekabr 2017 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Venera — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə dönür. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir.
Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və -4,6-ya çatan görünmə böyüklüyü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə çılpaq gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47.8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Supermen — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəmandır. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və video oyunlarda istifadə edilmişdir.
Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur. Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır. Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Kevin Durant — Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; d. 29 sentyabr 1988, Vaşinqton, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4-1 məğlub oldular. 2016-cı ildə sərbəst qalan Durant, Tanderdən ayrıldı və iki illiyinə Qolden Steyt Uorriorz ilə müqavilə imzaladı. Basketbol karyerası xaricində, Durant Oklahoma şəhərində etdiyi müxtəlif ianə və yardımları ilə tanınan və sevilən bir oyunçudur. 2012-ci ildə "Thunderstruck" adlı filmdə baş rolda oynayaraq ilk dəfə kamera qarşısına keçdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Rayan Uayt — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Uaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər.
QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Michael Jackson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Uayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Uaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı. İki dəfə təsdiq olunan bu qanun ABŞ-da QİÇS-lə yaşayan insanların ən böyük dəstəkçisi oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə