Vikipediya Heftenin Secilmis Meqalesi Dekabr 2020 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Ruanda soyqırımı — və ya rəsmi olaraq tutsilərin soyqırımı — hutu hökümətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu höküməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökümətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Qara ölüm — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. Avrasiyada və Şimali Afrikada 75–200 milyon nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi.
Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.
Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Ketlin Osmond — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həmdə 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.
Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub. Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub. Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə