Vikipediya Heftenin Secilmis Meqalesi Fevral 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Qu gölü (balet) — Pyotr Çaykovski tərəfindən 1875-1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877–ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895–ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.
Qu gölü əfsanəsinin mənşəyi haqqında müxtəlif fikirlər vardır. Rus baletində sayılan isimlərdən olan Fyodr Lopuxov "Qu gölü"nü "milli balet" adlandırır. Çünki, baletdəki qu quşularının rəqslərinin qədim slavyan rəqs motivləri əsasında qurulduğunu düşünür. Lopuxova görə "Qu gölünün hər iki təsviri (mövzunun birbaşa alman mənşəli olmasına rəğmən), qu quşlarının təsviri və inamlı təmiz sevgi rus mənşəlidir". Alman yazıçısı İohann Karl Avqust Muzeusun "Der geraubte Schleier" (Oğurlanmış örtük) hekayəsindən alınmış hekayə baletin librettosunun əsasını təşkil edir. Ağ ördək balası haqqında rus xalq nağılının da hekayəylə bir az bənzərliyi vardır və ola bilsin ki, librettonun digər mənbəsi həmin nağıl olmuşdur. Çaykovskinin müasirləri qeyd edirdilər ki, bəstəkar, həyatı qu quşunun həyatı kimi faciəli olan Bavariya kralı II Lüdviqin həyatı ilə çox maraqlanmışdır və ola bilsin ki, baletdəki şahzadə Ziqfredin prototipi elə həmin alman kralıdır.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Adolf Vilyam Buqro — akademik realist fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.
Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadının "bogue" – şabalıd qabığı sözünə oxşadığını qeyd edirlər. Bəzi tədqiqatlar isə adın "şabalıd" sözü ilə bağlı olduğunu qeyd edirlər, amma bu təxmini fərziyə hesab edilir. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530–cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Simfoniya No. 5 (Bethoven) — Lüdviq van Bethoven tərəfindən 1804-1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808–ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır.
Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: (ⓘ) Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə - diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. Beşinci simfoniyanın yazılması üzün müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Samanta Smit — (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan məktəbli qız.
1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə