Vikipediya Heftenin Secilmis Meqalesi Fevral 2015 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
[[Fayl:|left|150px]] Böyük saray — Fin körfəzinin cənub sahilində yerləşən "Peterhof" saray-park ansamblının əsas binasıdır. Saray Sankt-Peterburqdakı Petrodvorets rayonunun tərkibində olan federal əhəmiyyətli Peterhof şəhərinin mərkəzində yerləşir.
Bütün bina boyu, sarayın fasadı əhəmiyyətli ölçüdə uzunluğa, monumentallığa və dəbdəbəyə malikdir, onun kompozisiyası isə, ritmik şəkildə mərkəzə istiqamətlənən dəqiq müstəqil hissələrə bölünmüşdür. Bütün bunlar binaya xüsusi plastik görünüş və böyüklük hissi verir: onun mərkəzində yerləşən ən böyük, üçmərtəbəli hissəsi dar tağlar vasitəsiylə birmərtəbəli qalereya və simmetrik ikimərtəbəli fligellərlə (kilsə və gerb korpusları) əlaqələndirilir. Dənizə doğru açılan sarayın şimal fasadı silsilənin kənarı boyunca uzanır. Saray binası cənub tərəfdən öz konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzəyir, bu kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır. Böyük Sarayın ümumi görünüşündə fiqurlu yüksək tavan, qızıl suyuna salınmış mürəkkəb konfiqurasiyalı vaza və xüsusilə zərli günbəz başları və müxtəlif relyefli dekor əhəmiyyətli rol oynayır. Fasadların rəngi tərkibinə görə fərqlənsə də, onlarda barokko memarlığı üçün xarakterik olan elementlər - mərtəbəli tamamlanma (raskrepovka), künc daşları, pəncərələrin altında oyma hissələr, künclərdə barelyeflər, naxışlı eyvan çərçivələri istifadə olunmuşdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Lionel Messi — Argentina futbolçusu. İspaniyanın "Barselona" klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır.
Messi hələ 21 yaşında olarkən Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarına namizəd olub. 2009-cu ildə özünün ilk Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011 və 2012-ci illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010-11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən nəhəng oyunçusu kimi qiymətləndirilən Messi Qızıl top mükafatını dörd dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını üç dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində altı dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Atlantida — ilk dəfə qədim yunan alimi Platon (yun. Πλάτων E.ə. 428/E.ə. 427, Afina — E.ə. 348/E.ə. 347) tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə.
Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinir. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini deyir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir. Bir çoxları Misir ehramların tikilişini yad planetlilər və atlantlarla əlaqələndirirlər. Bu fikri təbliğ edən bir çox incəsənət nümunəsi də mövcuddur. Lakin tarix elmi sübut edir ki, piramidalar b.e.ə. 2500-cü illərdə qədim misirlilər tərəfindən tikilib. İnşaatda isə yad planetlilərin deyil, qullar və həmçinin, vergi mükəlləfiyyətlərini ödəmək üçün bura gələn kəndlilərin əməyindən istifadə olunub. "Atlantida" ilə bağlı məlumatları ekranlaşdırmaq üçün bədii filmlər, sənədli filmlər və cizgi filmləri çəkilmişdir. "Walt Disney" kompaniyasının istehsalı olan Atlantida: İtirilmiş imperiya və Atlantida 2: Maylonun qayıdışı adlı cizgi filmləri "Atlantida" haqqında çəkilmiş ən populyar qısametrajlı cizgi filmlərindən biridir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Böyük Moğol İmperiyası — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti.
XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər. Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput və Sikh kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı. İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı. İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə