Vikipediya Heftenin Secilmis Meqalesi Fevral 2017 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Dennis Berqkamp — Niderlandlı keçmiş futbolçu. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş hollandiyalı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı hollandiyalıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp "Ayaks"da 1986-cı ildə debüt edib. 1993-cü ildə İtaliyanın "İnter (Milan)" klubuna keçib. Burada Berqkamp çox da uğurlu olmayan 2 mövsüm keçirib, daha sonra isə İngiltərənin "Arsenal" klubuna keçib, burada o? üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olub.
O, eyni zamanda 2006-cı ildə "Arsenal" klubu ilə Çempionlar liqasının finalına vəsiqə qazanıb, bu oyun onun karyerasında sonuncu oyun kimi də yadda qalıb. Berqkamp "Arsenal" klubunun bütün tarixi ərzindəki ən yaxşı oyunçularının siyahısında yalnız Tyerri Anridən geri qalaraq ikinci pillədə qərarlaşıb. 2014-cü ildə Emirates stadionunun ətrafında Berqkampın şərəfinə heykəl ucaldılıb. Berqkamp əsas milli komandada 1990-cı ildə debüt edib və onun heyətində 10 il çıxış edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Pirsinq — bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.
Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqin geyinilməsini məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq - invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi.
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Şəki dövləti — indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət. Mənbələrdə ilk olaraq ərəblərin VII əsrin ortalarında Cənubi Qafqaza etdikləri yürüşlərindən bəhs edilərkən adı çəkilir. Gürcü mənbələrinə əsasən isə Şəkidə VIII əsrin ortalarında knyazlıq formalaşmış, IХ əsrin əvvəlləri üçün bu çarlığa çevrilmişdir.
“Albaniya tarixi”ndə Şəki hökmdarlığının mövcud olması faktı yalnız IХ əsrin ortaları üçün xatırlanır. IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur. XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə