Vikipediya Heftenin Secilmis Meqalesi Fevral 2020 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Everest — Himalay dağlarının Mahalanqur-Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.
Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Amundsenin Cənub qütbünə ekspedisiyası — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər.
Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Almaniyanın birləşdirilməsi (1871) — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması. Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi.
Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Dekabristlər üsyanı — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi.
XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. |
bax – müzakirə et – redaktə et – tarixçə