Vikipediya Heftenin Secilmis Meqalesi Fevral 2024 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Mübariz İbrahimov — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür. Döyüşdən sonra Mübariz İbrahimovun cəsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun cəsədi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539–1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539–1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.
Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Böyük Malta mühasirəsi — 1565-ci ilin may–sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleyman ordusu tərəfindən Malta adasının mühasirəsi. O dövrdə ada Malta hospitalyerləri tərəfindən işğal edilmişdi. Mühasirə Aralıq dənizində hökmranlıq uğrunda Avropa gücləri ilə Osmanlı imperiyası arasındakı rəqabətin pik nöqtəsi idi.
1522-ci ildə Sultan Süleyman tərəfindən Rodos ələ keçirildikdən və ordenin cəngavərləri səkkiz il Avropanı dolaşdıqdan sonra 1530-cu ildə Maltaya gəldilər. Osmanlı gəmiləri onları təqib edirdi. Onların piratçılıq fəaliyyəti ilə üzləşən Süleyman Qanuni ordusunu Malta arxipelaqına göndərmək qərarına gəldi. Onun son məqsədi isə strateji dəniz bazasını yaratmaq idi. 1565-ci il may ayının sonunda Mustafa Paşa və Piyalə paşanın komandanlığı altında türk ordusu və donanması Maltaya gələrək adanın qalalarını mühasirəyə aldı. Ordenin Böyük magistrı Jan Parizo de la Valett İtalyan və İspan muzdluları və Malta milisləri tərəfindən dəstəklənən orden cəngavərlərinə rəhbərlik edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Müqəddəs İsaak kafedralı — Sankt-Peterburq şəhərinin ən böyük pravoslav kilsəsi. Bina İsaakiyev meydanının tam mərkəzində yerləşir. Kafedral muzey statusuna malikdir. Bununla belə, 1991-ci ilin iyununda qeydiyyata alınmış kilsə icması burada ibadət etmək imkanını əldə etmişdir. Hazırda dini mərasimlər İsaak kafedralında çərşənbə günü istisna olmaqla həftənin bütün digər günləri keçirilir. Kafedral imperator I Pyotr tərəfindən hər zaman əziz tutulan rahib Dalmasiyalı İsaakın şərəfinə müqəddəsləşdirilmişdir, çünki imperatorun özü bu müqəddəs ilə təcəssüm etdirilən tarixdə, yəni yulian təqviminə uyğun olaraq 30 may tarixində anadan olmuşdur. Müqəddəs İsaak kafedralı "dövlət muzey abidəsi" olaraq böyük muzey kompleksinə daxildir.
Kafedral 1818–1858-ci illərdə məşhur fransız memarı Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdir; tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edirdi, o dövrün məşhur alman mühəndisi və xəritəçisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə