Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2011 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 26. Həftə
Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 27. Həftə
[[Fayl:|left|150px]] Bakı Dövlət Universiteti — Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.
Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Alban xaç daşları — Azərbaycan xalqının əcdadları tərəfindən yaradılmış və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupu.
Keçmişdə “böyük, şöhrətli və əhalisi sıx olan ölkə olan” Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçmişdir. VII–IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynamışdır. Orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
«Earth Song» (azərb. Yer Mahnısı) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və hospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Böyük Britaniyada mahnı Maykl Ceksonun ən çox satılan sinqlı olmaqla yanaşı, 1995–ci ilin bir nömrəli yeni il sinqlı adını da almışdır. "Earth Song" ABŞ–da sinql kimi satışa çıxarılmamışdır. Bu mahnıdan sonra Cekson heyvanlar və təbiətin qorunması üçün çalışan təşkilat və birliklərin dəstəyini qazanmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Manna — Tarixi Azərbaycan ərazisində, Urmiya gölünün sahilində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. – III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna dövləti er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə