Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2013 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
İnsan ürəyi — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv.
Ürəkətrafı ciblərlə - ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu - əsası - (lat. basis cordis) yuxarı, sağ və dala; sivri ucu - zirvəsi - (lat. apex cordis) aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı, sağdan-sola və arxadan önə doğru gedir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
[[Fayl:|left|150px]] Yaşayan ölünün gecəsi (film, 1968) — Corc A. Romero tərəfindən idarə olunan 1968-cı ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.
Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyaya girdikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Alyaska yupikləri — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq.
Beş yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərinin digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlılarının ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasına digər dörd yupik xalqından qabaq başlamışlar. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
"علم (بیلیك)" — ایدراکین بیر فورماسی اولماقلا، طبیعتین اؤیرنیلمهسی، جمعیتین و تفککورون اینکیشافی اوچون یارادیلان بیلیکلر سیستئمیدیر. علمین ايجتماعی وظیفهسی اینسانلارا طبیعت، جمعیت حاقیندا دقیق، دوروست بیلیکلر آشیلاماق، اونلاردا علمی دونیاگؤروشو فورمالاشدیرماق و هرطرفلی، کامیل شخصیت یئتیشدیرمکدیر.
بیلیم و یا علم، ,فیزیکی و طبیعی کایناتین قورولوشونون و داورانیشلارینین تجروبه و موشاهیدهلر واسیطهسیله سیستئماتیک بیر شکیلده آراشدیریلماسینی ده ایحاطه ائدن اینتئللئکتوال (ذهنی) و پراکتیک (عملی)ایشلر بوتونو. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə