Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2018 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Zvinger — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksidir. Memar Matteus Daniel Pöppelmannın və heykəltəraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltəraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Qüdrətli Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmaz ərazi kimi qorunub saxlanılırdı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Aspaziya — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli bir qadındır. Həyatı haqqında çox az məlumat vardır. Böyüklük dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə ve Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.
Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli əksiltməyə çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikl ile evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş ve Arqinus döyüşündən sonra edam edilmiştir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ile birlikdə olduğu irəli sürülmüşdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Paris orta əsrlərdə — Qərbi Avropanın ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V—VIII əsrlər), Karolinqlər (VIII—X əsrlər), Kapetinqlər (X—XIV əsrlər) və Valua kimi tanınan dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili); bu ərazilərin hər birisi öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi. Orta əsr Parisinə şimal tərəfindən Monmartr təpəsi, cənubdan isə daha yastı və əydəmli Sent-Jenevyev (məhz bu ərazidə sonralar məşhur Latın məhəlləsi formalaşmışdır) və Monparnas təpələri birləşirdi. Orta əsr şəhərinin təxmini sərhədləri günümüzdə Parisin ilk 6 dairəsinin (I-VI) və eləcə də VII dairənin bir hissənin tutduğu geniş əraziyə uyğun gəlirdi.
Qalliya-Roma Lütesiyasının əsasında salınmış qədim Paris şəhəri Merovinqlər dövründə aktiv şəkildə inkişaf etsə də, Karolinqlərin həkimiyyət illərində öz paytaxt statusunu, eləcə də keçmiş siyasi çəkisini və ticarət canlılığını itirmişdir. Buna baxmayaraq, o, Kapetinqlər dövründə tez bir şəkildə ötürülmüş vaxtın yerini doldurmağı bacarmışdır: həmin zamanlar Avropanın ən nüfuzlu ilahiyyat mərkəzlərindən birisi olmuş Paris şəhərində Qərbi Avropanın ən məşhur və etibarlı universitet binasının əsası qoyulmuşdur. Orta əsr Parisinin abadlıq işləri əsasən XIII əsrdə tamamlanmışdır, genişlənməsi isə XIV əsrin birinci yarısına kimi davam etmişdir. XV əsrin birinci yarısı paytaxt-şəhər üçün əsasən tənəzzül dövrü olmuşdur (Yüzillik müharibənin illəri ərzində şəhər öz əhalisinin təxminən yarısını itirmiş və əhəmiyyətli dərəcədə dağıdılmışdır), ancaq Orta əsrlərin sonuna kimi Paris tamamilə bərpa edilmiş və yenidən genişlənməyə başlamışdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Hörümçək-adam — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.
Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. |
bax – müzakirə et – redaktə et – tarixçə