Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2020 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.
Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Hörümçək-adam — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.
Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Eri — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığı. Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi.
Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükurəli xanın dövrünə təsadüf edir. |
bax – müzakirə et – redaktə et – tarixçə