Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2023 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
I Abbas — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşdülər.
Həmçinin, I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəsd nəticəsində qətlə yetirilmişdi. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oralara yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Berserk (anime, 1997) — Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur.
Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Soyuq müharibə — Sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu.
Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Türkofobiya — türkdilli xalqlara, onların mədəniyyətinə və tarixi irsinə qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini və ifadələrini təsvir etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti. Bunun əksi türkpərəstlikdir.
Türkofobiya həmişə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. Həmçinin, indiki dövrdə türkdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar. Türkofobiya islamofobiya ilə yaxından əlaqəlidir. Əslində, müasir türkofobiyanın özü islamofobiyaya əsaslanır. İslamofobların türkləri hədəfləməsinin başqa bir səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın islamçı siyasətidir. Türkofobların əhəmiyyətli hissəsi xristiandır və xristian milliyətçiliyi fəlsəfəsini təqib edir. |
bax – müzakirə et – redaktə et – tarixçə