Vikipediya Heftenin Secilmis Meqalesi Iyul 2024 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 27. Həftə
Yevgeniya Medvedeva — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. O, karyerası ərzində ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.
Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 28. Həftə
Zeynəb Hümmətova — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası. 2015-ci ildən Azərbaycan bədii gimnastika yığmasının üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa çempionatlarında təmsil edib və 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc, 2022-ci ildə 3 bürünc, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc medala sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya oyunlarında təmsil edib.
Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə dünya çempionatlarında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan 39-cu dünya çempionatında onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb: Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 topla turnirdə 30.750 balla turnirin bürünc medallarına sahib olub. Bu, Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində dünya çempionatında əldə olunan ilk və yeganə medaldır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 29. Həftə
Ay — Yerin yeganə daimi təbii peyki. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətində və mifologiyasında mühüm yer tutmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 30. Həftə
Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 31. Həftə
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə