Vikipediya Heftenin Secilmis Meqalesi Iyun 2016 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Paris orta əsrlərdə — Qərbi Avropanın ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V—VIII əsrlər), Karolinqlər (VIII—X əsrlər), Kapetinqlər (X—XIV əsrlər) və Valua kimi tanınan dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili); bu ərazilərin hər birisi öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi. Orta əsr Parisinə şimal tərəfindən Monmartr təpəsi, cənubdan isə daha yastı və əydəmli Sent-Jenevyev (məhz bu ərazidə sonralar məşhur Latın məhəlləsi formalaşmışdır) və Monparnas təpələri birləşirdi. Orta əsr şəhərinin təxmini sərhədləri günümüzdə Parisin ilk 6 dairəsinin (I-VI) və eləcə də VII dairənin bir hissənin tutduğu geniş əraziyə uyğun gəlirdi.
Qalliya-Roma Lütesiyasının əsasında salınmış qədim Paris şəhəri Merovinqlər dövründə aktiv şəkildə inkişaf etsə də, Karolinqlərin həkimiyyət illərində öz paytaxt statusunu, eləcə də keçmiş siyasi çəkisini və ticarət canlılığını itirmişdir. Buna baxmayaraq, o, Kapetinqlər dövründə tez bir şəkildə ötürülmüş vaxtın yerini doldurmağı bacarmışdır: həmin zamanlar Avropanın ən nüfuzlu ilahiyyat mərkəzlərindən birisi olmuş Paris şəhərində Qərbi Avropanın ən məşhur və etibarlı universitet binasının əsası qoyulmuşdur. Orta əsr Parisinin abadlıq işləri əsasən XIII əsrdə tamamlanmışdır, genişlənməsi isə XIV əsrin birinci yarısına kimi davam etmişdir. XV əsrin birinci yarısı paytaxt-şəhər üçün əsasən tənəzzül dövrü olmuşdur (Yüzillik müharibənin illəri ərzində şəhər öz əhalisinin təxminən yarısını itirmiş və əhəmiyyətli dərəcədə dağıdılmışdır), ancaq Orta əsrlərin sonuna kimi Paris tamamilə bərpa edilmiş və yenidən genişlənməyə başlamışdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır.Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.
İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur. 1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur.Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞ, Belçika, Braziliya, Fransa, Hollandiya, İtaliya, Macarıstan, Misir, Portuqaliya, Polşa, Uruqvay və Yuqoslaviya. Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üvləri idi. Şimali Amerika və Afrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Tüklü mamont — nəsli kəsilmiş fil cinsi Mammuthus üçün ümumi ad hesab edilən mamontun bir növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.
Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Hərb və Sülh — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və Sülh" L.Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.
"Hərb və Sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867–ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. 2009–cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və Sülh" birinci olmuşdur. Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və Sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır. O, göstərir ki, ən yaxşı Rusiya ədəbiyyatı nümunələri standart normalardan kənara çıxır. |
bax – müzakirə et – redaktə et – tarixçə