Vikipediya Heftenin Secilmis Meqalesi Iyun 2021 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 23. Həftə
Yeddi gözəl — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə) adı ilə tanınır.
Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420–439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir. (Davamı…) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 24. Həftə
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Kiçik göy cismləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.
Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 25. Həftə
Zvinger — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksidir. Memar Matteus Daniel Pöppelmannın və heykəltəraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltəraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Qüdrətli Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 26. Həftə
Neptun — Günəş sistemində səkkizinci və Günəşdən ən uzaq planet. Xarici planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə çoxdur. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Planetin adı Roma mifologiyasında dəniz tanrısı olan Neptunun adından götürülmüşdür. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.
Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi fikri ortaya atıldı. Neptun 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə