Vikipediya Heftenin Secilmis Meqalesi Mart 2015 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Göytürk xaqanlığı — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tūjué (çin. 突厥) şəklində bəhs olunur.
Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir. Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu. Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki ÖkÜk Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsidir. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.
Ölkədə siyasi hüquqların olmaması, insan haqqlarının tapdalanması və fərqli düşüncənin qəbul edilməməsi əhalinin hakim rejimə qarşı nifrətini artırırdı. Misirdə başlamış iğtişaşaların əsas səbəbi həm də Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı kimi amillərin də böyük rol oynaması qeyd edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Azərbaycan Ərəb Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur.
637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
"Qu gölü" — Pyotr Çaykovski tərəfindən 1875-1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevrilir.
İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877–ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895–ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə