Vikipediya Heftenin Secilmis Meqalesi Mart 2019 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Amerika Birləşmiş Ştatları — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və 9,526,468 km2 əraziyə malik ABŞ-ı dördüncü olaraq siyahıya daxil edir. ABŞ üçün olan məlumat The World Factbook-dan daha azdır, çünki məhəlli suları əhatə etmir.
The World Factbook dünyanın ən böyük ölkəsi kimi 9,833,517 km2 əraziyə malik ABŞ-ı üçüncü (Rusiya və Kanadadan sonra) və 9,596,960 km2 əraziyə malik Çini dördüncü olaraq siyahıya daxil edir. ABŞ üçün olan məlumat Britannika Ensiklopediyası-dan daha çoxdur, çünki məhəlli suları əhatə edir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən böyük şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Alyaska ştatı Şimali Amerikanın şimal-qərbində, şərqdə Kanada və qərbdə Berinq boğazı boyunca Rusiya ilə həmsərhəddir. Havay ştatı orta Sakit okeanda arxipelaqındadır. ABŞ-nin əraziləri Sakit okean və Karib dənizi boyunca səpənlənmişdir; doqquz rəsmi saat qurşağında uzanır. ABŞ-nin olduqca müxtəlif coğrafiyası, iqlim və heyvanat aləmi onu dünyanın 17 meqamüxtəlif ölkəsindən biri edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) — 1578-1590-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə. Müharibə zamanı Səfəvilər bir çox qələbələr qazansalar da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı İmperiyasının qələbəsinə gətirib çıxardı. Müharibə dörd mərhələdən ibarət olmuşdur.
İlk mərhələdə Lələ Mustafa Paşanın Qafqaza yürüşü və Çıldır döyüşü baş verir. Bu döyüş Osmanlı qələbəsi ilə başa çatır. İkinci mərhələdə isə Mollahəsənli döyüşü baş tutmuşdur. Bu döyüş Səfəvilərin qələbəsi ilə sona çatdı. Üçüncü mərhələdə isə Məşəl savaşı baş vermişdir. Bu döyüş Osmanlı qələbəsi ilə başa çatmışdır. Müharibənin dördüncü mərhələsində dövlət daxilində olan çəkişmələr, siyasi-iqtisadi münasibətlərin pozulması, araverməyən müharibələr, Osmanlıların Təbriz üzərinə yürüşü, əhalinin göstərdiyi mübarizə öz əksini tapmışdır. Azərbaycanın şimal qərbində Qanıxçay sahilində — Zaqatala-Balakən ərazisi baş verən döyüşdə baş verən döyüşdə Səfəvi qoşunları qalib gəldi. Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ardıcıl qələbələr qazanırlar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki dövlətinin müharibələrinin yekun mərhələsi vurulur. İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Taxt oyunları (I mövsüm) — ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir.
Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Buru — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir.
Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar. İnzibati cəhətdən ada Moluku vilayətinə daxildir. Vilayət də öz növbəsində iki dairəyə ayrılır – Buru və Cənubi Buru. Buru dairəsi 2008-ci ildə təşkil edilmişdir. Buna baxmayaraq onun inzibati strukturu 2011-ci ildə hələ təşkil edilməmişdir. İnzibati mərkəzləri müvafiq olaraq Namlea (Buru) və Namrole (Cənubi Buru) şəhərləridir. Bu şəhərlər həmçinin adanın ən iri yaşayış məntəqələridir. |
bax – müzakirə et – redaktə et – tarixçə