Vikipediya Heftenin Secilmis Meqalesi Mart 2024 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Kindertransport əməliyyatı — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatıdır. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı.
Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Nizami Gəncəvinin divanı — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.
Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Krım tatarlarının deportasiyası — 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.
Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Varşava üsyanı — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan.
Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi. |
bax – müzakirə et – redaktə et – tarixçə