Vikipediya Heftenin Secilmis Meqalesi May 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 19. Həftə
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.
"Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
İzotermik proses — Sabit temperaturda sistemin halının dəyişməsi izotermik proses adlanır.
Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tədbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. İzotermik prosesin yaradılması üçün temperaturda olan qazın həcmini dəyişdirmək lazımdır. Qaynama hadisəsi və ya təzyiqdə olan sərt cismin suda üzməsi izotermik prosesə misal ola bilər. İzotermik prosesdə daxili işin görülməsi baş verir. Bu zaman bütün iş daxili işin görülməsinə sərf edilir. Sərt cisimdə və ya maye olan böyük yerdə izotermik proses cismin həcmini az dəyişdirir. Əgər faza keçməsi baş verərsə, onda sərt cismin və ya maye olan böyük yerdə izotermik proses cismin həcmini çox dəyişdirir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
2012 Avroviziya Mahnı Müsabiqəsi — 57-ci Avroviziya Mahnı Müsabiqəsidir.
Müsabiqə Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunacaq. I yarımfinal mayın 22-i, II yarımfinal mayın 24-ü, final mayın 26-a keçiriləcək. Müsabiqədə 42 ölkənin təmsilçisi iştirak edəcək. Azərbaycan, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya təmsilçiləri birbaşa finalda iştirak edəcəklər. Azərbaycanda müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənirdi. Əsas namizəd kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilsə də, müsabiqənin keçiriləcəyi yer haqqında qərar 2012-ci ilin yanvar ayında təşkilat komitəsinin iclasında verildi və tikilməkdə olan "Bakı Kristal Zalı" məkan kimi seçildi. Avropa Yayım Birliyi də bu seçimi dəstəklədi. "Bakı Kristal Zalı" təxminən 23 min tamaşaçı tutur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
İzotermik proses — sabit temperaturda sistemin halının dəyişməsi izotermik proses adlanır.
Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tədbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. |
bax – müzakirə et – redaktə et – tarixçə