Vikipediya Heftenin Secilmis Meqalesi May 2016 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili Ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744-1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
Qara cəngavər — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir.
Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Steins;Gate — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.
Oyunun manqa adaptasiyası Saraçi Yomi tərəfindən hazırlanmış və 26 sentyabr 2009-cu ildə "Media Factory"-nin "Monthly Comic Alive" manqa jurnalında nəşr olunmağa başlanmışdır. Kenci Mizuta tərəfindən çəkilmiş ikinci manqa seriyasının serializasiyasına 28 dekabr 2009-cu ildə "Mag Garden"-in "Monthly Comic Blade" jurnalında başlanılmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Azərbaycanın İstiqlal Bəyannaməsi — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillyini rəsmən elan edən sənəd.
Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay fəaliyyət göstərib və 1920-ci ildə bolşeviklər tərəfindən süqut edilib. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində (ərəb əlifbası) tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Azərbaycan mədəniyyəti — Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqi Qərblə birləşdirən ərazidə yerləşməsi təsir edib.
XIV-XV əsrlərdə Azərbaycanda yaşıyan əsas xalqın — Azərbaycan türk etnosunun formalaşmasıyla Azərbaycan mədəniyyəti inkişaf edir. Stabil mərkəzləri olmayan bu mədəniyyəti bəzi dövrlərdə Osmanlı mədəniyyətindən fərqləndirmək çətindir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdə Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. |
bax – müzakirə et – redaktə et – tarixçə