Vikipediya Heftenin Secilmis Meqalesi Noyabr 2022 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi.
Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşaiyət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tədbiq etməklə) şiələşdirmə siyasəti nəzərdə tutulur. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir.
Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.
XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-cı ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
Arnolfini cütlüyünün portreti — məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186).
Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir. Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nigah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə “İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 49. Həftə
Ruanda soyqırımı və ya rəsmi olaraq tutsilərin soyqırımı — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel – 19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. |
bax – müzakirə et – redaktə et – tarixçə