Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Çəmənlikdə səhər yeməyi — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.
Tabloda, çılpaq qadınla iki qara qeyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın isə suyun icərsində təsvir edilir. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etmişdir.Solonda rəsm əsərlərini qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı daha 3.000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplanırdı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başlanmışdır. O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan ilham alan Mane bu tabloda İntibah dövrü rəssamlarından ilhamlanmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
آوروپا ایتتیفاقی — دؤولتی بیرلشدیرن دؤولتلر اوستو و عینی زاماندا دؤولتلرآراسی ایقتصادی و سیاسی تشکیلات.
زاماندا دؤولتلرآراسی ایقتصادی و سیاسی تشکیلات. آوروپا ایتتیفاقی یادا قیساجا آ.ا(EU)، ایگیرمی یئددی عوضو اؤلکهدن عیبارت اولان و تورپاقلاری بؤیوک اؤلچوده آوروپا قیطعهسینده اولان سیاسی و ایقتیصادی بیر تشکیلاتلانمادیر. 1992-جی ایلده، آوروپا ایتتیفاقی موقاویلهسی اولاراق دا بیلینن ماستریخت آنلاشماسینین قووهیه مینمهسی نتیجهسینده، وار اولان آوروپا ایقتیصادی ایتتیفاقینه یئنی وظیفه و مسولییت ساحهلری یوکلنمهسیله قورولموشدور. تخمینن 500 میلیونلوق اهالیسیله آوروپا ایتتیفاقی، دونیا اؤلکهلرینین عومومی داخیلی محصول (نومینال / اسمی) گؤره سیرالانماسیندان نومینال عومومی داخیلی حاصیلاسینین% 30 حیسسهسینی مئیدانا گتیرر. (16.8 تریلیون آبش $) آوروپا ایتتیفاقی، بوتون عوضو اؤلکهلری باغلایان ایستاندارد قانونلار واسیطهسیله، اینسان، اشیا، خیدمت و سرمایه دؤورانی (آخینی-جریانی) آزادلیقلارینی ایحاطه ائدن بیر اورتاق بازار (تک بازار) اینکیشاف ائتدیرمیشدیر. بیرلیک ایچینده کند تصرروفاتی، بالیقچیلیق و رئجیونال اینکیشاف سیاستلریندن عیبارت اولان اورتاق بیر تیجارت سیاستی اولونور. بیرلیگه عوضو اؤلکهلرین اون بئشی، آورو (یورو) آدیایله خاطیرلانان اورتاق پول واحیدی ایستیفاده ائتمهیه باشلامیشدیر. آوروپا ایتتیفاقی، عوضو اؤلکهلرینی دونیا تیجارت تشکیلاتینا، گ.8 (G8 -8 بویوك دوولتلرین قورپو) زیروهلرینده و بیرلشمیش میللتلرده تمثیل ائدهرک خاریجی سیاستیندهده رول اویناییر. ایتتیفاقین ایگیرمی یئددی عوضووندن ایگیرمی بیری ناتو-نون دا عوضوودور. شئنگئن (Schengen) موقاویلهسی اویغون اولاراق بیرلیک عوضوو اؤلکهلر آراسیندا پاسپورت ایدارهسینین قالدیریلماسینین دا آراسیندا اولدوغو بیر چوخ محکمه مؤوضوع و داخیلی ایشلری تنظیملمهلرینده آوروپا ایتتیفاقینین پایی اولور. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Midiya — e.ə. 728-ci ildən - e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Perikl — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə.
Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi. Lakin, aristokratiyaya əsaslanan siyasi rəqibi Kimonun varisi Fukididdən fərqli olaraq, Perikl geniş xalq kütlələrinin maraqlarını təmsil edirdi. Fukididin qovulmasından sonra Perikl Afinada ən nüfuzlu siyasətçi olaraq şəhəri faktiki idarə etməyə başladı. Demokratiyanın ən çox zirvəyə qalxdığı dövr həm də, bir dövlət xadimin hökmranlıq etdiyi dövr oldu. Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri, xüsusilə də Akropolu məşhur tikililələrlə (Parfenon, Propilei və s.) bəzədi. Periklin zamanında Afina iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı. |
bax – müzakirə et – redaktə et – tarixçə