Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2013 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Alban xaç daşları — Azərbaycan xalqının əcdadları tərəfindən yaradılmış və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupu.
Keçmişdə “böyük, şöhrətli və əhalisi sıx olan ölkə olan” Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçmişdir. VII–IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynamışdır. Orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri.
Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistika və informasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər. Elm nəzəriyyəsində təbiət elmləri dedikdə biologiya, astronomiya, fizika, kimya və coğrafiya nəzərdə tutulur. Вu elmlərdə elmi nəticələr bir qayda olaraq obyektivlik və dəqiqlik üzərində qurularaq baza kimi təcrübə və müşahidə nəticələri götürülür. Təbiət elmləri donmuş olmayıb onlarda daima dəqiqləşdirmə prosesi gedir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Seyid Yəhya Bakuvi — Mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvi Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir.
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. Seyid Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir. Müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür təvazökarlıqdan irəli gəlmişdir. S.Yəhya da əsərlərində özündən çox bəhs etmir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Manna — Tarixi Azərbaycan ərazisində, Urmiya gölünün sahilində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna dövləti er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Skelet — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır.
Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olaraq sümük toxumasından təşkil olunmuşdur. Bundan əlavə sümükdə başqa toxumalardan təşkil olunmuş törəmələr: sümüküstlüyü, sümük iliyi, damarlar və sinirlər də vardır. Sümüküstlüyü sümüyü xaricdən örtür, sümük iliyi isə onun daxilində yerləşir. Sümüyün oynaq səthləri qığırdaqla örtülü olur. Sümüklər bir-biri ilə birləşdirici toxuma ilə birləşib skeleti əmələ gətirirlər. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə