Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2014 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Laynus Polinq — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.
XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Kiş kilsəsi — Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. Tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B. Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edmişdilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
علم — ایدراکین بیر فورماسی اولماقلا، طبیعتین اؤیرنیلمهسی، جمعیتین و تفککورون اینکیشافی اوچون یارادیلان بیلیکلر سیستئمیدیر. علمین ايجتماعی وظیفهسی اینسانلارا طبیعت، جمعیت حاقیندا دقیق، دوروست بیلیکلر آشیلاماق، اونلاردا علمی دونیاگؤروشو فورمالاشدیرماق و هرطرفلی، کامیل شخصیت یئتیشدیرمکدیر.
بیلیم و یا علم، فیزیکی و طبیعی کایناتین قورولوشونون و داورانیشلارینین تجروبه و موشاهیدهلر واسیطهسیله سیستئماتیک بیر شکیلده آراشدیریلماسینی ده ایحاطه ائدن اینتئللئکتوال (ذهنی) و پراکتیک (عملی)ایشلر بوتونو. علم؛ سبب، ماراق و مقصد بسلهیهن بیر فاکت اولاراق گونوموزه قدر بیر چوخ آلت دالا (خولا-بولومه) بؤلونموش، اینسانلارین داها یاخشی حیات شرط لرینه قوووشماسینا، وار اولمایان فاکتلاری تاپماسینا و یئنی شئیلر اؤیرنمهسینه اؤن آیاق اولموشدور. بوتون علم ساحهلری کایناتین بیر حیصصهسینی اؤزونه مؤوضوع اولاراق سئچیر، تجروبی اصوللارا و حقیقته سؤیکنهرک قانونلار چیخارماغا چالیشیر. . علم؛ تمللری سوننت طرفیندن آتیلمیش، هر مرحلهده سوننت و یارادیجیلیقلا بسلنهرک اینسانلارین حیات شراییطینی یاخشیلاشدیرماق اوچون ائدیلن ایشلرین بوتونودور. انیشتین علمی، هر جور نیظامدان محروم دویغو معلوماتلاری ایله نیظاملی دوشونجهلر آراسیندا اویغونلوق تامین ائتمک چالیشماسی، برتراند راسل ایسه موشاهیده و موشاهیدهیه سؤیکهنن عقل ایجرا ائتمه یولو ایله دونیایا باغلی فاکتلاری بیر-بیرینه باغلایان قانونلاری تاپما چالیشماسی اولاراق تعریفلر. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Müqəddəs Vit kafedralı — Praqa qalasında yerləşən qotik üslublu kilsədir və Praqa arxiyepiskopluğunun mərkəzi sayılır. Kafedral həm texniki xüsusiyyətləri, həm də və bədii səviyyəsinə görə Avropa ərazisində qotika üslubunda inşa olunmuş binaların mirvarisi, həmçinin Çex xalqının sənət və ümummilli yadigarı hesab olunur.
Müqəddəs Vit kafedralı əhəmiyyətli dərəcədə Mərkəzi Avropa memarlığına xas olan gecikmiş qotika üslubunun inkişafına güclü təsir göstərmişdir. Memar Peter Parlerin tərtib etdiyi layihələr bir nümunə olaraq daha sonralar Sloveniya, şimali Xorvatiya, Avstriya, Çexiya, Polşa və cənubi Almaniyanın yerli qotika binalarında istifadə olunurdu. Kafedralın dəhlizlərində Çexiya kralları və arxiyepiskopları dəfn olunmuşdular, həmin bu yerdə həmçinin Orta əsr Çexiyasının tacqoyma reqaliyaları qorunub saxlanılır. Kafedral Praqa qalasında yerləşir və onun ayrılmaz tərkib hissəsi sayılır. Uzun illər ərzində, kilsənin zəng qülləsi Praqanın ən hündür nöqtəsi hesab olunurdu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir.
Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən görkəmli nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508-1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515-1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980-1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə