Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2018 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Liverpul FK — İngiltərə Premyer Liqasında Liverpul şəhərini təmsil edən peşəkar futbol klubu (ləqəbi – Qırmızılar). Klub 5 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 3 dəfə UEFA Superkubokunu, 18 dəfə İngiltərə Premyer Liqasını, 7 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 8 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır.
Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil Şenkli və Bob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
İrəvan xanlığı — İrəvan xanlığının əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
Övliya Çələbinin yazdığına görə Səfəvi hökmdarı Şah İsmayıl 1509-1510-cu illərdə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını "Rəvan" qoymuşdur. Digər versiyada isə İrəvan toponimi qədim türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib "igidlər ölkəsi" mənasını ifadə edir. Ermənilər isə İrəvan (Yerevan) toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edir və bu iddianı əsaslandırmırlar. İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Qriffinlər — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir.
"Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Böyük Moğol İmperiyası — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.
Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Müqəddəs Ştefan kafedralı — (alm. Domkirche St. Stephan zu Wien), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir.
Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur. Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır. Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar. Planda latın xaçını xatırladan binanın ümumi uzunluğu 107 metr, eni isə 34 metrdir. Kafedral kilsə Avstriyada ən əhəmiyyətli qotika binalarından biridir. |
bax – müzakirə et – redaktə et – tarixçə