Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2019 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Ərəb-İsrail müharibəsi — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.
Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944-1947-ci illərdə yəhudi qiyamı baş verdi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Hörümçək-adam 3 — 2007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır.
Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur. Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Saturn — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz dəfə böyük olan qaz nəhəngidir. Saturnun sıxlığı Yerin sıxlığının səkkizdə biri qədər olsa da, həcmi Yerin həcmindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.
Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.
XVIII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188-1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.
Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. |
bax – müzakirə et – redaktə et – tarixçə