Vikipediya Heftenin Secilmis Meqalesi Oktyabr 2021 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Pirsinq — bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.
Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqin geyinilməsini məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq - invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Peterhof — Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.
Şəhərdə "Yeni Peterhof", "Köhnə Peterhof" və Oktyabr DY-nun və Baltik xəttinin "Universitet" stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı - 73,2 min nəfərdir (2010-cu ilin siyahıyaalmasına görə). Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII—XIX əsrlərə aid "Peterhof" muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər "Naukoqrad" (yəni elm mərkəzi) statusunu əldə etmişdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Müharibə getdikcə keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzun çəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Atlantida — ilk dəfə qədim yunan alimi Platon tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə.
Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinir. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini deyir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir. Bir çoxları Misir ehramların tikilişini yad planetlilər və atlantlarla əlaqələndirirlər. Bu fikri təbliğ edən bir çox incəsənət nümunəsi də mövcuddur. Lakin tarix elmi sübut edir ki, piramidalar b.e.ə. 2500-cü illərdə qədim misirlilər tərəfindən tikilib. İnşaatda isə yad planetlilərin deyil, qullar və həmçinin, vergi mükəlləfiyyətlərini ödəmək üçün bura gələn kəndlilərin əməyindən istifadə olunub. "Atlantida" ilə bağlı məlumatları ekranlaşdırmaq üçün bədii filmlər, sənədli filmlər və cizgi filmləri çəkilmişdir. "Walt Disney" kompaniyasının istehsalı olan Atlantida: İtirilmiş imperiya və Atlantida 2: Maylonun qayıdışı adlı cizgi filmləri "Atlantida" haqqında çəkilmiş ən populyar qısametrajlı cizgi filmlərindən biridir. |
bax – müzakirə et – redaktə et – tarixçə