Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Alban xaç daşları — Azərbaycan xalqının əcdadları tərəfindən yaradılmış və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupu.
Keçmişdə "böyük, şöhrətli və əhalisi sıx ölkə olan" Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçmişdir. VII–IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynamışdır. Orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Qarayara və ya Sibir yarası (yun. anthrax mənası kömür deməkdir) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.
Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Naxçıvan Muxtar Respublikası 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
III Böyük Mənuçöhr və ya Böyük Mənuçöhr — Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu.
III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakmiyyətə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir.
(Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə