Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2015 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Ev qulluqçusu (film, 2011) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir.
Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Makedoniyalı İsgəndər — III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ aner "adam") (d. e.ə. 20/21 İyul 356 – ö. e.ə. 10/11 İyun 323) Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.
Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası Filipin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə. 334-cü ildə o, Anatoliyanı idarə edən Əhəmənilər imperiyasını işğal edib və 10 il davam edən hərbi əməliyyatlara başlayıb. İsgəndər həlledici döyüşlərdə, xüsusilə İss və Qavqamel döyüşlərində İranın gücünü məhv edib. O, axırda İran hökmdarı III Daranı hakimiyyətdən salıb və ilk İran imeriyasının tamamını işğal edib. Bu zaman onun imperiyası Adriatik dənizindən Hind çayına qədər uzanırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Xosrov və Şirin — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.
Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin (şəkildə: "Sevgililərin birinci görüşü") haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır. “Xosrov və Şirin” poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: “Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.” |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.
İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur. 1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur. Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞ, Belçika, Braziliya, Fransa, Hollandiya, İtaliya, Macarıstan, Misir, Portuqaliya, Polşa, Uruqvay və Yuqoslaviya. Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üvləri idi. Şimali Amerika və Afrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə