Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2017 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Merkuri — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Daxili planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə hərəkət edən planetdir və dövrəsini 88 günə tamamlayır. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkurinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.
Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik -173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə -93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə sahibdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Tüklü mamont — nəsli kəsilmiş fil cinsi Mammuthus üçün ümumi ad hesab edilən mamontun bir növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.
Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Adelin həyatı — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar.
Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi. Bir çox tənqidçilər Adelin həyatını 2013-cü ilin ən yaxşı filmi elan etmişdi. Keşiş 3 saat davam edən kinoteatr versiyası ilə məhdudlaşmayaraq, filmin «final montajı» olacağını da elan etmişdi. Final montaj versiyası kinoteatrlarda nümayiş olunan filmdən uzundur və orjinal filmə təxminən daha 40 dəqiqə əlavə edilmişdir. Rejissor gələcəkdə filmin sikvel versiyasının da çəkiləcəyini istisna etməmişdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Zinəddin Zidan — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur.
Karyerası ərzində, 1988-1992-ci illərdə, Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988-1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb. Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. |
bax – müzakirə et – redaktə et – tarixçə