Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2020 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Şeytan — İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Səid Rüstəmov — Azərbaycan-sovet bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1957), Stalin mükafatı laureatı (1951). O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblınının rəhbəri (1951) olmuşdur.
1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinifinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Günəş — Günəş sisteminin mərkəzində yerləşən ulduz. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Süd Yolu qalaktikasının bilinən təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur.
Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəş Yerə ən yaxın ulduzdur. Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Axısqa türklərinin deportasiyası — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərində məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir.
Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000-ə nəfəri yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri çevirmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə