Vikipediya Heftenin Secilmis Meqalesi Yanvar 2011 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Qeympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompyuterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir. Keyn - soyuq və ehtiyatlı, muzdlu qatil olduğu halda Linç - mütəşəkkil cinayətkarlıqda keçmişi olmayan, çox əsəbi və idarəedilməz təcavüzkarlıq əlamətlərindən əziyyət çəkən adamdır. Bütün oyun boyu Keyn və Linç bir-biri ilə mübahisə etməkdən əl çəkmirlər. Oyunçu tapşırığı yoxlamayanadək və ya gülləsi bitməyənədək ekranda heç bir indikator olmur. Baş qəhrəmanın sağlamlıq vəziyyətini yalnız qırmızı çalar və ekranın əyilməsi ilə müəyyən etmək olar. Sağlamlığı bərpa etmək üçün bir neçə saniyə zədələrdən qaçmaq kifayətdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
İnsan ürəyi — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə - ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu - əsası - (lat. basis cordis) yuxarı, sağ və dala; sivri ucu - zirvəsi - (lat. apex cordis) aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı, sağdan-sola və arxadan önə doğru gedir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
[[Fayl:|left|150px]] Bəxtiyar — Film üç dostun Bəxtiyar (Oqtay Əfəndiyev), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə oxumağa başlayır. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən?" deyə soruşur. "Heç məndən xanəndə olar?" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış səxavət göstərib özü onlara çoxlu alma verir. Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunələrindən biri sayılır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Məmməd Əmin Rəsulzadə — Görkəmli Azərbaycan dövlət və ictimai-siyasi xadimi, publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. O, həmçinin Azərbaycan tarixinin ən görkəmli və dahi şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Təkcə türk ellərində deyil, həmçinin bütün şərq aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoymuş və XX əsrdə Azərbaycanda rus müstəmləkə hakimiyyətinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olan Azərbaycanın ən qədim siyasi partiyası - Müsavatın yaradıcısı və başqanı olmuşdur. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının devizi olmuşdur. Həyatının sonuna kimi Azərbaycanın istiqlaliyyəti uğrunda mücadilə aparmışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə