Vikipediya Heftenin Secilmis Meqalesi Yanvar 2012 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi.
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ tunc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır. Şəhərdə müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər. İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Sibir yupikləri — və ya Yuitlər (öz dilində olan adı: Alyaskada (Yupiget); Rusiyada (Юпигыт)) — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır.
Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur. Lakin hhazırda bu nisbət daha aşağıdır. Sibir yupiklərinin ənənəvi inancı animizm və şamanizm olsa da 1887-ci ildən etibarən Xristianlıq da zorla yayılmışdır. Sibir yupiklərinin əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar.Fil dişindən hazırlanan müxtəlif əşyalar isə baha qiymətə satılır. Amerika Birləşmiş Ştatları Konqresində 1971-ci ilin 18 dekabr tarixində (ANCSA) adlı qanun qəbul edildi. Bu qanunda Alyaskada yaşayan azsaylı xalqların maraqlarının təmin edilməsi və onların vergidən böyük ölcüdə azad edilməsi nəzərdə tutulurdu. Bununlada Alyaskada yaşayan etnosların sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Sibir yupiklərinində (ANCSA) adlı qanun qəbul edilməsi onlarında durumunun yaxşılaşmasına səbəb olmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı dövründə, Sibirdə yaşayan xalqlara heç bir üstünlük verilməmişdir. Bu gündə Rusiyanın şimalında olan etnoslar kütləvi işsizlik, alkoqolizm kimi problemlərdən əziyyət çəkirlər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
20 Yanvar hadisələri — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Kiş kilsəsi — Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən kilsə. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında fikirlər var.
"Alban ölkəsinin tarixi" əsərində qeyd edilir ki, İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyatçıları bu hadisənin bizim eranın 60-cı ilindən az sonraya təsadüf etdiyini bildirirlər. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi bu kənddəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Təbriz (fars. تبریز) — İranın dördüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi.
2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 1 398 060 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd dağlarından şimalda yerləşir. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə Şərqdə şöhrət qazanmışdır. Ən qədim dövrlərdən Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından cənuba doğru — Mesopotamiya və Hindistana gedən mühüm ticarət yolları bu şəhərdən keçmişdir. Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin cənubunda yerləşir. Şəhərin cənubunda yerləşən 3547 m hündürlüyə malik Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə vardır. Bu dağ qədim Assur mənbələrində Uauş dağı adlandırılır. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farsca Zərdüguh) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 metrədək yüksəklikdə yerləşir. Azərbaycanın təbii və coğrafi şəraitinin əlverişli olması bu ərazidə yaşayan əhali üçün qədim zamanlardan gözəl imkan yaratmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə