Vikipediya Heftenin Secilmis Meqalesi Yanvar 2015 - Wikipedia
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.
Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi". |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Elvis Presli — amerikalı müğənni və aktyor. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır.
Müğənni kimi Elvis Preslinin rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub. Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmayıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər.
Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş Avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşaın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi.
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Teymurilər dövləti — 1370-1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmiş monqol boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.
Teymurilər dönəmində Türkistan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türkistan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir. Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Bu səbəbdən XIV-XV əsrlərdə Səmərqənd tarixinin qızıl dövrünü yaşamışdı. Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq da xatırlanmaqdadır. 1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu. Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə