Vikipediya Heftenin Secilmis Siyahisi 26 Hefte 2024 - Wikipedia
İstanbulun mühasirələrinin siyahısı — bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb.
Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi. 324-cü ildə I Konstantin tərəfindən ələ keçirildikdən sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra "Konstantinopol" adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər bu tarixdən sonra heç bir mühasirə görməmişdir. |