Vikipediya Heftenin Secilmis Siyahisi 38 Hefte 2018 - Wikipedia
Gürcüstan azərbaycanlılarının siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.
Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. |