Vikipediya Heftenin Secilmis Siyahisi 39 Hefte 2020 - Wikipedia
Vikipediya Heftenin Secilmis Siyahisi 39 Hefte 2020 - Wikipedia - Haqqında Məlumat
Azərbaycan Milli Məclisinin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. IV çağırış Milli Məclisdə AVP və VHP 2 nəfərlə, ADİSP, ASRP, BQP, BAXCP, ƏDALƏT, MDHP, VBP və ÜMİD isə 1 nəfərlə təmsil olundu. 42 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi. |