Vikipediya Heftenin Secilmis Siyahisi 47 Hefte 2019 - Wikipedia
Vikipediya Heftenin Secilmis Siyahisi 47 Hefte 2019 - Wikipedia - Haqqında Məlumat
Miss Dünya titulunu qazananların siyahısı — Miss Dünya titulu 1951-ci ildə Erik Morley tərəfindən təsis edilib və müsabiqə ilk dəfə İngiltərədə baş tutub. 2000-ci ildə Erik Morleyin vəfatından sonra həyat yoldaşı Culiya Morley təşkilata həmsədr seçilib. Miss Dünya titulu rəqabət apardığı Miss Kainat və Miss Yer ilə birlikdə dünya üzrə tanınan məşhur müsabiqələrdən biridir.
Qalib şəxs həm də, bir il ərzində Birləşmiş Millətlər Təşkilatının təmsilçisi seçilir və BMT ilə bağlı müxtəlif tədbirlərdə iştirak edə bilir. Ənənəvi olaraq Miss Dünyanın qalibi bir il müddətində Londonda yaşayır. Müsabiqənin son mərhələsində 15, yaxud 20 yarımfinalçı qalır. Bu mərhələdə müxtəlif tədbirlər, şənliklər həyata keçirilir və bütün dünyada canlı yayımlanır. |