Vikipediya Heftenin Secilmis Siyahisi Avqust 2022 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 31. Həftə
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.
Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 32. Həftə
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 33. Həftə
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.
1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 34. Həftə
On iki imam — İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmmədin dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.
İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 35. Həftə
Əhalisinə görə meqapolislərin siyahısı — Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır.
Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə