Vikipediya Heftenin Secilmis Siyahisi Fevral 2018 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir.
Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?) — Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.
"Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı — ABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-nin ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.
Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il tutaraq prezident postunda ən uzun müddətdə qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr — Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda cəmi 10 yazılı başdaşı və cəmi bir digər təyinatlı epiqrafik abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. Qəbiristanlıqdakı digər bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir: Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Yalnız ehtimal edilir ki, qəbiristanlıqdakı oxunmamış başdaşı Məhəmmədhəsən xanın başdaşısı ola bilər. |
bax – müzakirə et – redaktə et – tarixçə