Vikipediya Heftenin Secilmis Siyahisi Fevral 2024 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?) — Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.
"Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilən "Heydər Əliyev" ordeni Azərbaycanın ən ali dövlət təltifi hesab olunur. 2005-ci ildən bu tərəfə 26 nəfər bu ordenlə təltif edilib.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır.
Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Ağqoyunlu hökmdarlarının siyahısı — Ağqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə Pakistan və Əfqanıstandan, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.
1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə