Vikipediya Heftenin Secilmis Siyahisi Mart 2018 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 10. Həftə
Gürcüstan baş nazirlərinin siyahısı — 26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi. Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı.
Sovet qoşunlarının Gürcüstan ərazisinə soxulduqdan sonra baş nazir postu ləğv olundu, lakin onun əvəzinə Xalq Komissarları Sovetinin sədri (gürc. სახალხო კომისართა საბჭოს თავმჯდომარე), daha sonra isə Nazirlər Şurasının sədri (gürc. მინისტრთა კაბინეტის თავმჯდომარე) vəzifələri yaradılmışdı. Müasir anlayışda baş nazir postu 1991-ci ilin avqustunda bərpa edildi, lakin 1995-ci ilin dekabrında ləğv olundu. Baş nazir postu əvəzinə Dövlət naziri (gürc. სახელმწიფო მინისტრი) postu yaradıldı. 2004-cü il fevralın 6-da konstitusiya islahatları həyata keçirildi, nəticədə Nazirlər Kabinetinin institutu və baş nazir postu bərpa edildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 11. Həftə
Azərbaycandilli radio kanalların siyahısı — Azərbaycanda ilk azərbaycandilli radio 6 noyabr 1926-cı ildə Azərbaycan Dövlət Radiosunun (indiki Radio Respublika) yaradılması ilə yaranmışdır. 1930-cu ildə Naxçıvan şəhərində yerli radionun yaradıması ilə ilk Azərbaycandilli regional radio yaranmışdır. 1953-cü idlə Almaniyanın Münhen şəhərində ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatı olan Azadlıq Radiosunun Azərbaycanca xidmətinin yayıma başlaması ilə ilk dəfə olaraq Azərbaycandan xaricdə Azərbaycandilli radio yaranmışdır.
26 may 1994-cü ildə ANS ÇM radiostansiyasının fəaliyyətə başlaması ilə Azərbaycan ərazisində ilk Azərbaycandilli özəl radio yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 12. Həftə
Polşa milli parkları — Polşada yerləşən 23 milli parka verilən ümumi ad.
Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 13. Həftə
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.
Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir. 20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə