Vikipediya Heftenin Secilmis Siyahisi Noyabr 2021 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
SSRİ hökumət başçıları — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur.
SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov). Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı — Nickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.
Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
İngiltərə milli futbol komandasının het-triklərinin siyahısı — İngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir. İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur. Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər. Cimmi Qreyvs 6 dəfə het-trik edərək bu sahədə ən uğurlu futbolçudur. Beş futbolçu — Albert Allen, Frank Bredşou, Volter Gilliat, Con Veytx və Con Yates sadəcə bir dəfə milli komandada oynamalarına baxmayaraq, het-trik edən futbolçulardır.
Futbol üzrə dünya çempionatı 1966-ın finalında Geoff Hurstun etdiyi het-trik bütün zamanların ən məhşuru het-triki hesab olunur. İngiltərə adına ən sonuncu het-triki Bolqarıstan ilə oynanılan və İngiltərənin 4–0 qalibiyyətiylə nəticələnən UEFA Avropa Kuboku 2012-in seçmə mərhələsi oyununda Jermen Defo etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 49. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.
Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. |
bax – müzakirə et – redaktə et – tarixçə