Vikipediya Heftenin Secilmis Siyahisi Sentyabr 2020 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Gürcüstan azərbaycanlılarının siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.
Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Saxarov mükafatı — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.
Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi Efiopiya və Mərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, Seneqal və Tanzaniya gəlir.
Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (Lesoto və Cənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuar və Qvineya), Seneqambiya daş çevrələri (Qambiya və Seneqal) və Viktoriya şəlaləsi (Zambiya və Zimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, Kamerun və Konqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina Faso və Niger) isə üç ölkə arasında bölüşdürülür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Azərbaycan Milli Məclisinin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. IV çağırış Milli Məclisdə AVP və VHP 2 nəfərlə, ADİSP, ASRP, BQP, BAXCP, ƏDALƏT, MDHP, VBP və ÜMİD isə 1 nəfərlə təmsil olundu. 42 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi. |
bax – müzakirə et – redaktə et – tarixçə