Vikipediya Heftenin Secilmis Siyahisi Sentyabr 2022 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilən "Heydər Əliyev" ordeni Azərbaycanın ən ali dövlət təltifi hesab olunur. 2005-ci ildən bu tərəfə 26 nəfər bu ordenlə təltif edilib.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Saxarov mükafatı — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.
Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
UEFA İntertoto Kubokunu qazananların siyahısı — UEFA İntertoto Kuboku UEFA Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa futbol assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi.
Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı. 1995-ci İldə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Polşa milli parkları — Polşada yerləşən 23 milli parka verilən ümumi ad.
Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. |
bax – müzakirə et – redaktə et – tarixçə