Vikipediya Huggle - Wikipedia
|
Xəbərdarlıq: Huggle istifadə edərkən etdiyiniz hər bir əməliyyata görə məsuliyyəti qəbul etmiş olursunuz. Vikipediya prinsiplərini başa düşməli və tətbiqi prinsiplər daxilində istifadə etməlisiz. Əks halda tətbiqə girişiniz və dəyişiklik etməniz əngəllənə bilər. |
Əgər Huggle haqqında müzakirə aparmaq istəyirsinizsə, e-mail ünvanını və ya fidbək səhifəsindən istifadə edərək problemlerinizi və təkliflərinizi bildirə bilərsiniz. |
Dəstək və inkişaf etdirmə söhbəti #huggle qoşul üzərində mövcuddur.
Huggle | |
---|---|
| |
Tipi | brauzer |
Müəllif |
Gurch Vikipediya istifadəçiləri |
Repozitoriya | github.com/huggle/huggle… |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Windows, Linux, Mac OS |
İnterfeysin dili | C++, Python |
Sonuncu versiya | 3.4.12 |
Status | stabil |
Lisenziya | GNU GPL |
Sayt |
en.wikipedia.org/?q=WP… meta.wikimedia.org/?q=… |
Vikianbarda əlaqəli mediafayllar |
Huggle C++ proqramlaşdırma dili ilə yazılmış və istifadəçilərin Vikimedia layihələri üzərində aparılan dəyişikliklərə sürətlə nəzərdən keçirməsini təmin edərək vandalizm ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş proqramdır. Bu proqram əslində ilk zamanlarda Vikimedia layihələrində uzun müddət aktiv olmayan Gurch tərəfindən .NET ilə yaradılmışdır. Hərkəs Huggle yükləyə bilər, amma ancaq izin almış istifadəçilər ondan istifadə edə bilərlər.
Huggle Vikipediyadakı dəyişiklikləri yükləyib yoxlayaraq istifadəçilərə vandal redaktələri asan şəkildə geri almasına kömək edir. Edilən redaktələrin zərərli olub-olmamasını yoxlamaq üçün müxtəlif mexanizmlərdən istifadə edir.
Huggle həmçinin öz-özünə yaratdığı bir sıra mexanizmlə qlobal ağ siyahı (vandal olmadıqları düşünülən istifadəçilər) və vandal istifadəçilər siyahısı yaradır.
Huggle-nı istifadə etməzdən qabaq yaradıcılar tərəfindən yazılan və Huggle-ın verilənləri necə topladığı və idarə etdiyi ilə əlaqədar məlumat verən gizliklik səhifəsini oxumanız məsləhət görülür.
Versiyalar
redaktəHazırkı versiya: 3.4.12. Yükləmə təlimatları üçün baxın: meta:Huggle/Download.
Huggle MediaWiki ilə işləyən hər bir layihə üçün istifadə oluna bilər. Huggle istifadə edilə bilən layihələr üçün baxın: meta:Project:Huggle/List. Huggle üçün aktiv olmasını istədiyiniz bir layihə varsa bizimlə əlaqə saxlamaq üçün fidbək səhifəsini və ya Fabrikatoru istifadə edə bilərsiniz.
Uzantılar
redaktəHuggle 3 C++ və ya Python ilə yazılmış uzantılar ilə inkişaf etdirilə bilər: Mövcud uzantılar siyahısı
Huggle son versiya
redaktəHuggle 3 C++ və Python ilə yazılmışdır. Linux və Mac OS ilə uyğunlaşması daha yaxşı performansda olması kimi bir çox yeni xüsusiyyətə malikdir.
Kömək edə bilərsiz
redaktəƏgər bu proqramı sevirsizsə və inkişaf etdirilməsinə kömək etmək istəyirsinizsə, heç bir proqramlaşdırma dili belə bilmədən kömək edə biləcəyiniz şeylər var:
- Huggle ilə əlaqədar səhifələri inkişaf etdirmək
- Sənədləşməni yazmaq və genişlətmək (https://www.mediawiki.org/?q=Manual:Huggle)
- Digər istifadəçilərə IRC kanalı ilə kömək etmək #huggle qoşul
- Ağlınıza gələn ideyaları bölüşmək
- Huggle-ı başqa dillərə tərcümə etmək (Huggle tərcümələri Meta Wiki vasitəsilə bu səhifədə aparıla bilər)
- Huggle-ı GitHub-da "Star"lamaq (https://github.com/huggle/huggle3-qt-lx) - onun daha populyar olmasına səbəb ola bilər.
Əgər layihə ilə maraqlanırsınızsa, xoş gəldiniz, xahiş edirik ki, adınızı Huggle/Üzvlər cədvəlinə əlavə edin və hansı sahədə (tərcümə, fidbək və IRC) kömək edə biləcəyinizi qeyd edin. Əgər inkişaf etdirmək istəyirsinizsə GitHub-da Huggle'ı "Fork"layın. Hər bir köməyiniz üçün təşəkkür edirik!
İstifadəçilər
redaktəHəmçinin bax
redaktə- {{İstifadəçi Huggle}} – Huggle istifadəçiləri üçün Babil qutusu